az | ru | en

18 may 2020
TƏSVİRİ SƏNƏT ƏSƏRLƏRİ AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNDƏ


18 may Beynəlxalq Muzeylər Günü münasibəti ilə əziz həmkarlarımızı, dünyanın bütün muzey işçilərini təbrik edir və muzeyin zəngin kolleksiyalarından bəzi rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinin virtual sərgisini təqdim edirik. Bunlar Azərbaycan və xarici ölkələrin peşəkar rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Arif Hüseynov, Elxan Tahirov, Tamilla Dağıstanlı, Davud Kazımov, Şakir Hüseynov, Ayxan Rəsulov, Ağasəf Cəfərov, Musa Mehdiyev, Əli Haqverdiyev, Nikas Safronov (Rusiya), İrina Zaqovorçeva (Rusiya), Lena Çibor (İrlandiya), Bəhruz Kafi (İran), heykəltəraşlar Cümşüd İbrahimov, Namiq Dadaşov və başqalarının işləridir. Həmçinin istedadlı rəssam olan Azərbaycan musiqiçilərinin əsərlərini təqdim edirik, bunlar bəstəkarlar Arif Məlikov, Oqtay Zülfüqarov və İsmayıl Hacıbəyovdur.
MUZEYLƏR GÜNÜNÜZ MÜBARƏK! MUZEYLƏR HAMI ÜÇÜN!





geri




UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.