az | ru | en

6 aprel 2020
“TƏSVİRİ SƏNƏT ƏSƏRLƏRİ AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNDƏ” DAVAM EDİRİK: “ÜZEYİR HACIBƏYLİNİN PORTRETLƏRİ”


Sizə görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin banisi, müsəlman dünyasının ilk bəstəkarı Üzeyir Hacıbəylinin( Hacıbəyov, 1885-1948) üç rəngkarlıq nümunəsini təqdim edirik.
Ilk olaraq muzeyə Şakir Hüseynovun fırçasına məxsus portret daxil olmuşdur. Bu əsərdə artıq neçə-neçə şedevrin müəllifi olan (“Leyli və Məcnun”, “Arşın mal alan”, “O olmasın, bu olsun” və b. ola bilsin ki, “Koroğlu”üzərində işləyir) Üzeyir bəy artıq gənc deyil, öz işindən ayrılaraq (dizləri üzərindəki kağızlar ola bilsin ki, notlardır) əksləri divardakı güzgüdə görünən insanlara baxır. Lakin baxışlarında onun otaqda baş verənlərin fərqində olmadığı hiss olunur. O, öz yaradıcılıq düşüncələri, musiqi obrazları dünyasının hakimiyyəti altında qalmağa davam edir.
Bu dünya əlvan və parlaq olduğu üçün rəssam otağın divarlarını qırmışı rəngdə vermişdir. Mən bu əsəri belə hiss edirəm.
Görkəmli pianoçu, Bakı Musiqi Akademiyasının rektoru və ümumiyyətlə qeyri-adi istedada malik insan olan Fərhad Bədəlbəyli muzeyimizdə bu əsəri gördüyü zaman tamamilə lakonik olaraq “37-ci il insanının qorxusu” kimi qeyd etmişdir.
Maraqlıdır ki, əslində professional rəssam olmayan, yalnız rəngkarlığa vurğun olan görkəmli bəstəkar İsmayıl Hacıbəyovun (1949-2006) işi olan ikinci portretdə də qırmızı rəngə üstünlük verilmişdir. Rəsmi fotoları, SSRİ Xalq artisti, Dövlət Mükafatları Laureatı, ordenli kanonik portretləri ilə təzadda rəssam Üzeyir bəyi bu əsərdə qırmızı köynəkdə təsvir etmişdir.
Üçüncü portret muzeyə müəllif, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov tərəfindən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaradılmasının 50 illik yubileyi münasibəti ilə hədiyyə edilmişdir, buna görə də biz ona dərin minnətdarlığımızı bildiririk! Arif müəllimin dəsti-xəttini biz yaxşı tanıyırıq. Biz Hacıbəyovu öz personajlarının əhatəsində görürük. Siz onları saya bilərsinizmi?
Bu portretlərlə bağlı öz görüşlərinizi bizimlə paylaşmanıza şad olarıq





geri






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.