az | ru | en

16 mart 2010
"Vaqif Mustafazadə - 70" foto-sərgi

16 mart 2010-cu ildə respublikamızın ən böyük konsert salonunda-Heydər Əliyev ad. Sarayda görkəmli azərbaycan caz musiqiçisi, caz-muğamın banisi Vaqif Mustafazadənin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir. Konsert tədbirlər seriyası çərçivəsində Azərbaycan Respublikası prezidentinin V.Mustafazadənin yubiley təntənəsinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncamına əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdur. Konsert başlamazdan əvvəl tamaşaçılar Sarayın gözləmə salonunda Azərbaycan dövlət musiqi mədəniyyəti muzeyinin hazırladığı V.Mustafazadənin yubileyinə həsr olunmuş fotomateriallar sərgisi ilə tanış oldular. Fotosərgi böyük maraq yaratdı. Həmin gün Saraya gələnlərin çoxu sərginin yaxşı düşünüldüyünü, uğurlu yerləşdirildiyini qeyd etdilər və görkəmli müasirimizin həyat yolu və yaradıcılığının mərhələlərini izləyə bildilər. Beləliklə, sərgi uğurlu konsertə bir ton da əlavə etdi. Bütün tamaşaçıların etirafına görə konsert öz dolğun proqramına və ulduz ifaçılar tərkibinə görə çox gözəl alındı. Aşağıda sərginin şəkilləri göstərilmişdir.




geri








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.