az | ru | en

18 mart 2009
“Şərq Musiqi Alətləri”

18 mart 2009-cu il tarixdə Azərbaycan Milli Tarixi Muzeyində Bakı şəhərində “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində Muğam üzrə Beynəlxalq Elmi Simpoziumun açılışı mərasimi keçirildi. Azərbaycan Milli Tarix Muzeyində keçirilən simpoziumda muzeyimizin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova “XX əsrin əvvəlinə aid sənədlərdə muğam tarixindən səhifələr”, muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, BMA-nın professoru Məcnun Kərimov “Muğam ifaçılığında bərbət və çəng musiqi alətlərinin tarixi rolu” adlı məruzələrlə çıxış etmişlər.

“Muğam aləmi” Beynəlxalq Muğam Festivalı və Muğam üzrə Beynəlxalq Elmi Simpoziumla əlaqədar Azərbaycan Milli Tarix Muzeyində nümayiş etdirilən sərgidə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi yaxından iştirak etmiş, muzeyin fondunda saxlanılan muğam sənətinə aid tarixi sənədlər, xanəndələrin fotoşəkilləri, həmçinin zəngin musiqi alətləri kolleksiyasından bəzi musiqi alətləri təqdim edilmişdir. “Muğam Mərkəzi” təşkilatı ilə birgə iş sayəsində sərginin tərtibatı ilə əlaqədar annotasiyalar yazılmışdır.

19 mart 2009-cu il tarixdə Beynəlxalq Muğam festivalının açılışı ilə əlaqədar “Muğam Mərkəzi”ndə təşkil olunan “Şərq Musiqi Alətləri” sərgisində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 24 ədəd musiqi alətləri nümayiş olunmuşdur.



geri



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.