az | ru | en

3 oktyabr 2012
Moskvada E.F.Qnesinanın ev muzeyində Niyazinin 100 illiyinə həsr edilmiş sərgi


3 oktyabr 2012-ci il tarixində Rusiya Musiqi Akademiyasının nəzdində Y.F. Qnesinanın Memorial Mənzil Muzeyində Niyazinin 100 illiyinə həsr olunmuş sərginin açılışı olmuşdur. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın Dövlət Mükafatları və C.Nehru adına mükafat laureatı dirijor və Azərbaycan musiqisinin klassiklərindən biri - Niyazi 1926-1929-cu illərdə Moskvada Qnesinlər adına Musiqi Pedaqoji Texnikumunda təhsil almışdır. Bununla əlaqədar sərgi Rusiya Musiqi Akademiyasının nəzdində Y.F.Qnesinanın Memorial Mənzil Muzeyində keçirilmişdir. Sərgidə Niyazinin şəxsi sənədləri, konsert və tamaşaların afişaları və proqramları, müəllif not əlyazmaları - partituralar, not nəşrləri, fotoşəkillər, Niyazinin Bakıdakı Mənzil Muzeyinin fotoşəkilləri və sairə nümayiş etdirilmişdir.
Sərginin bütün eksponatlarını Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi təqdim etmişdir.
Sərginin təşəbbüskarı kimi açılışda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq namizədi Alla Bayramova çıxış etmişdir.
Sərginin açılışına həsr olunmuş konsertdə Niyazi, Qara Qarayev, Fikrət Əmirovun əsərləri Azərbaycan Respublikası Prezidentinin təqaüdçüləri, Beynəlxalq müsabiqələr laureatları - P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində Mərkəzi Musiqi məktəbinin şagirdi, pianoçu Nazxanım Dadaşova və P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tələbəsi, skripkaçı Anar Seyidovun ifasında təqdim olunmuşdur .



geri



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.