az | ru | en

18 sentyabr 2006
Üzeyir Musiqi günü

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan professional musiqisinin banisi, alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyovun doğum gününü 18 sentyabr - Üzeyir Musiqi Gününü ənənəvi olaraq qeyd edir. 2006-cı il sentyabırın 18-də Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Üzeyir Musiqi Gününə həsr olunmuş «Milli musiqi alətləri Azərbaycan təsviri sənətində» adlı sərgi təşkil edilmişdir. Sərgidə AMMDM fondunda saxlanılan musiqi alətləri – tar, kamança, bas tar, saz, qaval, qopuz, Çəqanə, Səntur, ud, zülfər, Əsa tar, habelə rəssam Adil Rüstəmov tərəfindən Tarzən Bəhram Mansurovun, Tarzən Qurban Pirimovun, müğənni Rəhilə Həsənovanın, Tarzən-xanəndə Həmid Malıbəylinin, Tarzən Əhsən Dadaşovun, qanun ifaçısı Asya Tağıyevanın, Aşıq Əmrah Gülməmmədovun, Tarzən Məmmədxan Bakıxanovun, kamança ifaçısı Habil Əliyevin rəsm portretləri, rəssam Ayxan Rəsulovun Tarzən Məşədi Cəmil Əmirovun və rəssam Tamilla Dağıstanlının Aşıq Pərinin rəsmləri, Mir Mövsün Nəvvabın arxivindən «Müşəffərin Gövhərtac» kitabından rəqqasələrin şənlik məclisində iştirakı kimi illüstrasiyalar təmsil edilmişdir.

Sərgidə muzeyin Qədim Misiqi Alətləri Ansamblının geniş konsertı olmuşdur.



geri






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.