az | ru | en

1 mart 2023




1 mart 2023-cü il tarixində saat 12:00-da Azerbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda “Heydər Əliyev və mədəniyyətimiz” silsiləsindən növbəti tədbirdə bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilmişdir.
Görüş zamanı bəstəkarın həmkarları, sənət dostları - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə, professor, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, bəstəkar, Xalq artisti Elnarə Dadaşova onun yaradıcılığı haqqında çıxış etdi, ürək sözlərini bilüşdülər. Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılığ yolunu əks etdirən slayd-şou ilə müşayiət olundu. Tədbirdə Məmmədağa Umudovun müəllifi olduğu “Alətşünaslıq. Simfonik Orkestr Alətləri”, “Qələbəyə doğru...Marş” və “Tövsiyələr” kitablarının təqdimatı keçirildi.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının professor, müəllim və tələbələrinin ifalarında Məmmədağa Umudovun Azərbaycan Respublikasında “Heydər Əliyev – 100” ilinə ithaf etdiyi əsərlərindən ibarət konsert proqramı təqdim olundu.
Sonda Məmmədağa Umudov tədbir iştirakçılarına və tədbiri təşkil edən muzey əməkdaşlarına minnətdarlığını bildirdi.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.