az | ru | en

8 dekabr 2022

Sara Qədimova - 100



8 dekabr 2022-ci ildə Azərbaycan musiqi mədəniyyət muzeyində görkəmli muğam ifaçısı Sara Qədimovanın 100 llik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Sara Qədimovanın ifasında Səid Rüstəmovun “Haralısan” mahnısının videoyazısının nümayişi ilə başladı. Tədbirdə Azərbaycanın xalq artisti Ramiz Quliyev, əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, əməkdar artist Mirnazim Əsədullayev və başqaları iştirak etdilər. Konsertdə xalq artisti Munis Şərifovun rəhbərliyi ilə muzeyin Qədim musiqi alətləri ansamblı, solistlər xalq artisti Teyyub Aslanov, əməkdar artisti Nuriyyə Hüseynova və muğam müşabiqəsi laureatı Zabitə Alıyeva iştirak etdilər. Konsertdə Sara Qədimovanın repertuarından mahnılar və azərbaycan xalq mahnıları səsləndirildi.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.