az | ru | en

28 sentyabr 2022

PİANOÇU, AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR ARTİSTİ RƏNA RZAYEVA İLƏ GÖRÜŞ


28 sentyabr 2022-ci il tarixində pianoçu, Azərbaycan Respublikasının Əməkdar artisti Rəna Rzayeva ilə görüş keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmiş, muzey nəşrlərindən bəzilərini Rəna Rzayevaya hədiyyə etmişdir.
Tədbirdə Əməkdar artist, pianoçu Rəna Rzayevanın arfa ifaçısı, Əməkdar artist Çiçək Rzayevanın xatirəsinə həsr olunmuş diskinin təqdimatı keçirilmişdir.
Disk bu yaxınlarda Avstriyanın paytaxtı Vyana şəhərində işıq üzü görmüşdür. Diskdə yazılmış əsərlərin arasında bəstəkar Rəhilə Həsənovanın II Qarabağ müharibəsindəki qələbəmizə həsr olunmuş “Payız palitrası” əsəri də yer almışdır. Diskin təqdimatının məhz “Şuşa ili”ndə keçirilməsi də təsadüfi deyil. Diskə əlavə olunmuş bukletdə Rəna Rzayevanın Qarabağ mövzusuna həsr etdiyi rəsmlər təqdim edilmişdir.
Musiqişünas alim, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Rəna Rzayevanın yaradıcılığı və təqdim olunan disk haqqında ətraflıdanışdı. Daha sonra Rəna xanım Rzayeva diskdə yazılmış əsərlərdən ibarət konsert proqramı ilə çıxış etdi.
Rəna Rzayeva ilə görüş Azərbaycan Respublikasında “Şuşa İli” və “Maestro Niyazi - 110” tədbirləri çərçivəsində təşkil olunmuşdur.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.