az | ru | en

22 sentyabr 2022

Qara Qarayevin Ev Muzeyində klassik fransız pianoçusu və pedaqoq Olivye Qardonun solo konserti


22 sentyabr 2022-ci il tarixində 18 sentyabr Milli Musiqi Günü, Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində məşhur klassik fransız pianoçusu və pedaqoq Olivye Qardonun solo konserti keçirilmişdir.
Olivye Qardon (29.01.1950, Fransa, Nitsa) Nitsa və Paris Konservatoriyalarında təhsil almış, İv Nat, Jan Yubo, Jan Fassina, Geza And, Lili Kraus və b. kimi tanınmış müəllimlərdən və sənətkarlardan musiqi bilikləri, ustad dərsləri almışdır. Musiqi karyerası boyu bir sıra mötəbər beynəlxalq musiqi müsabiqələrində: Lonq-Tibo Krespen (1973), Kraliça Yelizaveta Musiqi Müsabiqəsində (1975), Viotti Beynəlxalq Musiqi Müsabiqəsində, Rina Sala Qallo, Seneqaliya və Neapolda keçirilən pianoçuların beynəlxalq müsabiqələrində yüksək mükafatlara layiq görülmüşdür.
Olivye Qardon dünyanın bir çox nəhəng musiqi meydanlarında, Parisdə “Yelisey çölləri”, “Pleyel” zalı və Şatle Teatrında, Londonun Royal Festival Hall və Barbikan Mərkəzində, Nyu-Yorkda Karnegi Hall, Tokioda Bunka Kaykan Hall, Praqada Dvorjak Haal və s. çıxış etmişdir.
Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan Olivye Qardon Bakı səfəri zamanı həm də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçmişdir.
Konsertdən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmiş, tədbir iştirakçılarını məşhur musiqiçinin həyat və yaradıcılıq yolu ilə tanış etmiş, muzeyin elmi nəşrlərini - kitablar, notlar hədiyyə etmişdir.
Konsertdə Olivye Qardonun ifasında Qərbi Avropa bəstəkarları R.Şuman, L.Bethoven, F.Şopen, K.Debüssinin əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.