az | ru | en

8 noyabr 2023


ZƏFƏR GÜNÜ - MİLLİ QÜRUR VƏ ŞƏRƏF TARİXİMİZDİR!


Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunur.
8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü kimi qızıl hərflərlə yazılmışdır.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Döyüş meydanında şanlı tarix yazan Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək uğurlu əks-həmlə əməliyyatları ilə 8 Noyabr - Zəfər Gününə gedən yolu günbəgün yaxınlaşdırırdı. Qırx dörd gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu gün Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistanı diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına nail olundu.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri ilə 2020-ci ilin 10 noyabrında əldə edilən Zəfər tamamlandı və suverenliyimiz tam bərpa olundu. Azərbaycan 44 günlük müharibə, üç illik diplomatik gedişləri və antiterror əməliyyatları ilə 30 illik işğala son qoydu.
İllər öncə Ümummilli liderimiz Heydər Əliyev demişdi: "Mən əminəm ki, mənim yarımçıq qalan işlərimi İlham Əliyev başa çatdıracaq". 44 günlük savaşdan sonra xalqa qələbə müjdəsini verərkən "Ata vəsiyyətini yerinə yetirdim" deyən İlham Əliyev cəmi 24 saata, hətta 23 saat 43 dəqiqəyə Xankəndiyə - Xanın kəndinə gedən yolu açdı. İlham Əliyev Azərbaycan tarixinə Əbədi İmzasını qoydu. Artıq Xankəndi də, Xocavənd də, Xocalı da, Ağdərə də Azərbaycandır.
Qarabağ Azərbaycandır!
YAŞA AZƏRBAYCAN!
ZƏFƏR BAYRAMINIZ MÜBARƏK, ƏZİZ HƏMVƏTƏNLƏR!








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.