az | ru | en

6 iyul 2022



6 iyul 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Musiqi Həvəskarlari Klubunda caz ifaçisi Tünzalə Qəhrəman ilə görüş keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Sonra söz Tünzalə Qəhrəmana verilmişdir. O, özünün bu sənətdə ilk addımları, uğurları, həyat yolu haqqında danışmış, klub üzvlərinin suallarını cavablandırmış, musiqi ifalarını təqdim etmişdir. Tünzalə Qəhrəmanın çıxışı onun musiqi fəaliyyətinin əks etdirən slayd-şou ilə müşayiət olunmuş, video ifaları nümaiş olunmuşdur.
Sonda prodüsser Rafiq Lütfiyar oğlu İmanov caz sevərlər adından Tünzalə xanıma təşəkkür etdi və gələcək işlərində uğurlar arzuladı.
Tünzalə Qəhrəman Bakıda ziyalı ailəsində doğulmuşdur. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirmiş, uzun illər Elmlər Akademiyasında elmi işçi kimi çalışmış, müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşgül olmuşdur. O, bilavasitə professional musiqi sahəsində işləməsə də 1969, 1977, 1978, 1979-cu illərdə bir neçə dəfə Bakıda keçirilmiş “Qızıl payız” müsabiqəsinin qalibi olmuş, Dillər institutunda “Ekspress-118”, Elmlər Akademiyası nəzdində “Rast” ansamblının solisti olmuşdur. Keçən il Moskva şəhərində keçirilən “Qolos-60+” müsabiqəsində 73 yaşlı iştirakçı öz ifası ilə hər kəsi heyran etmişdir.








Tədbirlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.