az | ru | en

28 iyun 2022
POEZİYA VƏ MUSİQİ


28 iyun 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi, Azərbaycanda Rus Dilli Təhsil Müəssisələri Assosiasiyası ilə birgə “Puşkiniana” adlı layihə çərçivəsində “Poeziya və musiqi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycanda Rus Dilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Timofeyevna Yakunina açmışdır.
Daha sonra musiqişünas, məşhur jurnalist Raya Abbasova Azərbaycan və başqa xalqların bəstəkar və ifaçılarının yaradıcılığında A.S.Puşkin şeirləri haqqında danışmışdır. Onun çıxışı mövzu üzrə slayd-şou ilə müşayiət olunmuş, video ifalar təqdim edilmişdir. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunu Fidan Rəşidovanın ifasında görkəmli bəstəkar Qara Qarayevin “Tsarskoye selo heykəli” fortepiano pyesi səsləndirilmişdir.
Sonda L.T.Yakunina beynəlxalq tədris aksiyasının iştirakçıları, rus dili müsabiqəsinin qalibləri olan Bakı məktəblilərinə sertifikatlar təqdim etdi.








Tədbirlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.