az | ru | en

27 iyun 2022



27 iyun 2022-ci il tarixində Özbəkistan Respublikasının Baş nazirinin müavini, Turizm və Mədəni İrs naziri cənab Əziz Abduhakimov Azərbaycan Respublikasına səfəri çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini ziyarət etmişdir.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova möhtərəm qonağa Azərbaycanın çoxəsrlik, qədim musiqi mədəniyyəti haqqında məlumat vermiş, muzey eksponatları ilə tanış etmişdir.
Daha sonra cənab Əziz Abduhakimov “Şuşa ili” çərçivəsində muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Şuşa musiqiçiləri” sərgisi ilə tanış olmuşdur.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblının təqdim etdiyi musiqi nömrələri qonaqlar tərəfindən böyük məmnunluqla qarşılanmışdır.
Sonda muzeyin direktoru Alla Bayramova və cənab Əziz Abduhakimov xatirə hədiyyələri təqdim etmişlər.









Tədbirlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.