az | ru | en

22 iyun 2022



22 iyun 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Azərbaycan Respublikası ilə İsveç Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə (8 may 1992) həsr olunmuş konsert keçirilmişdir.
Konsertdən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva və İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamil giriş sözü ilə çıxış etmişdir.
Konsertdə Adil Axundov (vokal), Beynəlxalq və Respublika müsabiqələri laureatları Mahir Tağızadə (vokal), Nailə Xasıyeva (vokal), Kamran Talıblı (fleyta), Cəmalə Abdinzadə (fortepiano), Zəhra Cahan Şıxəliyevanın (fortepiano), və Anar Seyidov (violin), Rüstəm Zeynalov (fortepiano), G.Şaroyev adına 35¹li Uşaq Musiqi Məktəbinin şagirdi Cəlalə İsmayılzadə (cello), V. Mustafazadə adına 2¹li Uşaq İncəsənət Məktəbinin şagirdi Ömər Həsənlinin ifalarında görkəmli Azərbaycan və İsveç bəstəkarlarının əsərləri səslənmişdir.
Konsertin bədii rəhbəri Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Gülnarə Acalovadır.
Sonda səfir Kristian Kamil konsert iştirakçılarını təbrik edərək İsveç səfirliyi adından onlara təşəkkür sertifikatları təqdim etdi.








Tədbirlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.