az | ru | en

7 iyun 2022

ƏBƏDİYAŞAR SƏNƏTKAR


7 iyun 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (05.02.1918 - 13.05.1982) vəfatının 40 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Konsertdən əvvəl muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin qızı, filialın müdiri Züleyxa Bağırova-Qarayeva çıxış etmişlər.
Konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar artist Fəridə Məmmədova, Beynəlxalq Müsabiqələr laureatları Mahir Tağızadə, Səbinə Quliyeva, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlının ifalarında Qara Qarayevin və onun bəstəkarlıq məktəbinin yetirmələri olan İsmayıl Hacıbəyov, Fərəc Qarayev və Elnar Məmmədovun əsərləri səslənmişdir.
Bütün çıxışlar və ifalar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.