az | ru | en


1 iyun 2022

1 İYUN - UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ


1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların müdafiəsi günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Sağlam və möhkəm gələcək yolunda respublikamızın hər bir təhsil və mədəniyyət müəssisəsi yaxından iştirak edir. Öz fəaliyyətini gənc nəslin mənəvi tərbiyəsi, asudə vaxtlarının səmərəli istifadəsini təmin etmək istiqamətində qurur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz fəaliyyətində həmişə uşaqlarla işə böyük diqqətlə yanaşır. Vaxtaşırı olaraq uşaq müəssisələri, musiqi və xoreoqrafiya məktəbləri ilə birgə tədbirlər və konsertlər, "Balacalar üçün muzey" adlı tanıtım, əyləncəli, interaktiv proqramlar təşkil edir.
1 iyun 2022-ci il tarixində muzeyin filialı olan Niyazinin Mənzil Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Səhər saatlarından muzey qapılarını azyaşlı ziyarətçilərinə açmışdır. Saat 17:00-da isə konsert proqramı təşkil olunmuşdur.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva mövzu üzrə məlumat vermişdir.
Daha sonra "Nur" Uşaq Xorunun ifasında (dirijor və bədii rəhbəri Mələk Vəlizadə) tamaşaçılara yeni və rəngarəng musiqi kompozisiyası təqdim olunmuşdur.








xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.