az | ru | en


20 may 2022
DÜNYA ŞÖHRƏTLİ VİOLİN İFAÇISI VƏ DİRİJOR DMİTRİ SİTKOVETSKİ İLƏ GÖRÜŞ


20 may 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "Dmitri Sitkovetski ilə görüşlər" adlı silsiləsindən növbəti tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmış, Dmitri Sitkovetskinin sənət yolu haqqında danışmışdır.
Londonda yaşayan dünyaşöhrətli musiqiçi, violin ifaçısı, dirijor Dmitri Sitkovetski açıq mühazirə ilə çıxış etmiş, mühazirəsində dünyanın ən məşhur skripka ifaçıları, onların bu sənətdə olan əzəməti, mövqeyi haqqında qiymətli məlumatlar vermiş, nadir audioyazılar səslənmişdir. D.Sitkovetski mühazirəsindən sonra görüş iştirakçılarının suallarını cavablandırmışdır.
Qeyd edək ki, Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili almış dahi pianoçu, qocaman sənətkar Bella Davidoviçin və skripka ifaçısı Yulian Sitkovetskinin oğludur.








xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.