az | ru | en

13 may 2022
QARA QARAYEVİN ANIM GÜNÜ


Bu gün görkəmli bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (05.02.1918 - 13.05.1982) vəfatından 40 il ötür. Bu münasibətlə səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və muzeyin filialı olan Qara Qarayevin Ev Muzeyinin əməkdaşları Fəxri Xiyabanda Qara Qarayevin məzarını ziyarət etmişlər. Sonra Qara Qarayevin Ev Muzeyində bəstəkarın anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Kütləvi işləri üzrə şöbə müdiri Xanım Abdinova açmış, Qarayev yaradıcılığı haqqında məlumat vermiş, onun çıxışı muzeyin zəngin materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur. Daha sonra Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin müəllim və tələbə heyətinin ifasında bədii-musiqili kompozisiya təqdim olunmuşdur, kompozisiya məktəbin hazırladığı slayd-şou ilə müşayiət olunmuşdur. Qara Qarayevin və başqa Azərbaycan bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir. Tədbirin sonunda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, dosent, Əməkdar artist Əziz Qarayusifli çıxış etmişdir.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.