az | ru | en


5 may 2022
HEYDƏR ƏLİYEV - 99
(10.05.1923 - 12.12.2003)


5 may 2022-ci il tarixində Ümummilli lider Heydər Əliyevin doğum günü Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qeyd olundu.
Tədbiri muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açdı. Sonra muzeyin əməkdaşı Şəfiqə Əjdərova "Milli mədəniyyətimizin himayədarı" mövzusunda çıxış etdi.
Tədbirdə muzeyin Qədim Musiqi Alətləri Ansamblının ( bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifovdur) və ansamblın solisti, Xalq artisti Teyyub Aslanovun ifasında konsert proqramı təqdim olundu.
Tədbir müstəqil Azərbaycan Respublikasının qurucusu, idarəçilik sahəsində böyük və təcrübəli siyasət adamı, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə fəaliyyətini əks etdirən "Azərbaycanın memarı" sənədli filminin nümayişi ilə davam etmişdir.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.