az | ru | en


15 aprel 2022
ELMİRA ABASOVA - 90


15 aprel 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli musiqişünas-alim, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, tanınmış musiqişünaslar: professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova, muzeyin şöbə müdiri Xanım Abdinova yorulmaz tədqiqatçı, gözəl pedaqoq, sənətinin vurğunu olan Elmira Abasovanın mənalı həyat və yaradıcılıq yolu haqqında çıxış etmişlər. Daha sonra Elmira Abasovanın qızı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kaminə Məmmədovaya da söz verilmişdir. Bütün çıxışlar muzeyin zəngin materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar artist Fərid Əliyev, Bakı Musiqi Akademiyasının dosenti Nərgiz Salmanlı, Azərbaycan Dövlət Fortepiano Triosu - Əməkdar artistlər Tövhə Babayeva, Elnara Kəbirlinskaya, Səbinə İbrahimova, Bakı Musiqi Akademiyasının tələbələri Natavan Səlimova, Ofeliya Dadaşova və Beynəlxalq Müsabiqələr laureatı Səbinə Quliyevanın ifalarında Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.








xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.