az | ru | en


14 aprel 2022
"NIYAZİ - 110"
ZÜLFÜQAR HACIBƏYOV VƏ NİYAZİNİN YARADICILIĞINDA "ALMAZ" FİLMİ" MÖVZUSUNDA ELMİ SEMİNAR


Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində muzeyin təşkilatçılığı ilə görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin anadan olmasının 110 illiyi ilə əlaqədar Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının (laboratoriyanın rəhbəri: Nuridə İsmayılzadə) Zülfüqar Hacıbəyov və Niyazinin yaradıcılığında "Almaz" filmi mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açmışdır. Daha sonra muzeyin filialı olan Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə çıxış etmişlər.
"Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Bakı Musiqi Akademiyasının doktorantı Fidan Nəsirova "Zülfüqar Hacıbəyov və Niyazinin yaradıcılığında "Almaz" filmi" mövzusunda məruzə ilə çıxış etmişdir. Seminarda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında qorunan "Almaz" kinofilminə aid bəzi not əlyazmaları təqdim olunmuşdur. Tədbir "Almaz" filminin nümayişi ilə davam etmişdir.
Sonda Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə çıxış etmiş, görülən işin əhəmiyyətini yüksək qiymətləndirmişdir.








xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.