az | ru | en


5 aprel 2022
"ŞUŞA MUSİQİÇİLƏRİ"


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında "Şuşa ili" elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında "Şuşa musiqiçiləri" rubrikasına davam edir.
Bugünki rubrikada xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycanın Xalq artisti Cabbar Qaryağdıoğluna (31.03.1861, Şuşa - 20.04.1944, Bakı) aid muzeyin zəngin kolleksiyalarında qorunub saxlanılan materiallardan ibarət virtual sərgini təqdim edirik.
Cabbar Qaryağdıoğlunda xanəndəlik sənətinə həvəs uşaqlından oyanmış, o ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində almışdır. Cabbar Qaryağdıoğlu muğam, dəstgah, təsnif, el mahnılarını xalq şənliklərində məharətlə oxumuş və tezliklə Qarabağda şöhrət qazanmışdı. Ə.Haqverdiyevin 1887-ci ildə hazırladığı "Məcnun Leylinin məzarı üstündə" musiqili səhnəsində Məcnun rolunu ifa etmişdir.
Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğlu tarzənlər Sadıqcan, Mirzə Fərəc və kamançaçalan Məşədi Qulu ilə birgə konsert və məclislərdə müvəffəqiyyətlə çıxış etmişdir. 1905-ci ildə tarzən Qurban Pirimov və kamançaçalan Saşa Oqanezaşvili ilə trio yaratmış, 1906-1912-ci illərdə "Qrammofon", "Sport-rekord" və "Ekstrafon" səhmdar cəmiyyətlərinin dəvəti ilə Kiyev, Moskva və Varşavada səsini vala yazdırmışdır. 1912-ci ildə Varşavadan qayıdarkən Cabbar Qaryağdıoğlu Moskvada "Şərq konsertləri" vermişdir. O, Kürd-Şahnaz, Mahur, Bayatı-Qaçar, Heyratı, xüsusilə Mənsuriyyə muğamlarını müstəsna ustalıqla ifa edirdi.









xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.