az | ru | en

28 mart 2022
“Şuşa musiqiçiləri”



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında “Şuşa musiqiçiləri” rubrikasına davam edir.
Bugünki rubrikada muzeyin kolleksiyasından Azərbaycan tarzəni, bəstəkar, musiqi xadimi Məşədi Cəmil Əmirovun (1875, Şuşa - 1928, Gəncə) fotoşəklini təqdim edirik.
M.C.Əmirovun musiqiçi kimi yetişməsinə Mir Möhsün Nəvvabın musiqi məclislərinin böyük təsiri olmuşdur. Əmirov 1907-ci ildən Gəncədə yaşamış, burada məşhur xanəndələrdən M.M.Fərzəliyevi, Malıbəyli Həmidi, sonralar isə Bülbülü tarda müşayiət etmişdir. 1910-cu ildə Riqada “Qrammofon” şirkətində Əmirovun Azərbaycan musiqiçiləri ilə birgə ifa etdiyi bir sıra muğam və mahnılar qrammofon valına yazılmışdır.
M.C.Əmirov Şuşa, Gəncə və Tiflisdə göstərilmiş opera tamaşalarında Məcnun, Kərəm (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, Üzeyir Hacıbəyli), Qərib (“Aşıq Qərib”, Z.Hacıbəyov) rollarını oynamışdır. O, 1911-1912-ci ildə İstanbulda musiqi təhsili almış, burada “Heyratı” muğamını nota salmış və çap etdirmişdir. Məşədi Cəmil Əmirov “Seyfəlmülk” operasının (1915) və “Namuslu qız” musiqili dramının (1923) müəllifidir. Bəstəkar Fikrət Əmirovun atasıdır.








xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.