az | ru | en

17 mart 2022
Vaqif Mustafazadənin xatirəsinə həsr edilən konsert keçirilib



Vaqif Mustafazadənin xatirəsinə həsr edilən konsert keçirilib
Görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasını 82-ci ildönümünə həsr edilən konsert keçirilib.
"Report" xəbər verir ki, konsert ADA Universiteti və Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
“Vaqif Mustafazadə və Uillis Konnover” mövzusunda keçirilən tədbirdə dahi bəstəkar Vaqif Mustafazadənin keçdiyi yaradıcılıq yoluna nəzər salınıb, “Amerikanın səsi” radiosunda 40 ildən çox “Caz saatı” verilişinin aparıcısı olmuş Uillis Konnoverin Vaqif Mustafazadəyə həsr etdiyi verilişlərdən bəhs olunub.
Həmçinin, Azərbaycan musiqiçilərinin ifasında Amerika caz musiqi nümunələri və Vaqif Mustafazadənin əsasını qoyduğu caz-muğam üslubunda kompozisiyalar səsləndirilib
baxmaq - video link








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.