az | ru | en

14 mart 2022
VAQİF MUSTAFAZADƏ - 82 (16.03.1940-16.12.1979)


16 mart - görkəmli Azərbaycan musiqiçisi, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı VAQİF MUSTAFAZADƏNİN doğum günüdür.
Vaqif Mustafazadə dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək, dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etmişdir. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olmuşdur.
Vaqif Mustafazadə XX əsrin görkəmli caz pianoçularından biri və bəstəkar olmaqla yanaşı yaradıcılığı dövründə “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və ”Sevil” qadın vokal-instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqəsi və festivallarının(“Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlo”) laureatı olmuşdur.
16 mart tarixində səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və muzeyin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyinin əməkdaşları Vaqif Mustafazadənin məzarını ziyarət edəcəklər.
Həmin gün muzeydə “Açıq qapı” günü olacaq. Vaqif Mustafazadənin xatirəsini yad etməyə gələn ziyarətçilər böyük sənətkarın musiqisinin müşayiəti ilə onun həyat və yaradıcılıq yolu haqqında ətraflı məlumatlarla tanış olacaqlar.
17 mart 2022-ci il tarixində, saat 16:00-da Vaqif Mustafazadə yaradıcılığının gənclər arasında təbliği məqsədi ilə Azərbaycan Diplomatik Akademiyasında tədbir keçiriləcəkdir. Tədbirdə tanınmış caz musiqisi ifaçıları Vaqif Mustafazadənin əsərləri də daxil olmaqla konsert proqramı ilə çıxış edəcək, sevimli musiqiçinin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx və sənədli film nümayiş olunacaqdır.
“Vaqif Mustafazadə” virtual sərgisini təqdim edirik.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.