az | ru | en

25 fevral 2022



“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Heydər Əliyev
1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir.
Müharibə bəşəriyyətin amansız xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır.
25 fevral 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Xocalı şahidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda çıxış etmişdir. Tədbirdə gənc musiqiçilər Əli Vahidov (f-no) və Şövqi Əmiraslanovun (vokal) ifalarında Xocalı şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqi proqramı səslənmişdir.
Tədbir “Xocalı yanğısı”sənədli filminin nümayişi ilə davam etmişdir







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.