az | ru | en

18 fevral 2022
“Maestro Niyazi”


18 fevral 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Film Fondu ilə birgə yenidən bərpa olunmuş “Maestro Niyazi”(1975) sənədli filminin təqdimatı keçirilmişdir. Təqdimat görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Daha sonra söz Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyevə verilmişdir. O, 1975-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş və Azərbaycanın görkəmli musiqi xadimi, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dirijor və bəstəkar Niyaziyə, onun həyat və çoxcəhətli yaradıcılığına, ictimai fəaliyyətinə həsr olunmuş filmin yaradıcı heyəti və filmin bərpasının əhəmiyyəti haqqında danışmışdır.
Filmin ssenari müəllifləri Svetlana Mirzəyeva və Rauf Nağıyev, rejissoru Rauf Nağıyevdir.
Təqdimat proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Əməkdar artist Nərgiz Kərimova (vokal), Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, Prezident təqaüdçüsü Nərminə İsmayılova, Beynəlxalq və Respublika Mükafatları laurearı, mədəniyyət sahəsi üzrə “İlin ən uğurlu gənci” Gənclər mükafatçısı Vüsal Aydəmirov (f-no), Bakı Musiqi Akademiyasının IV kurs tələbələri, Beynəlxalq və Respublika Mükafatları laureatları Aydan Rüstəmzadə (violonçel) və Günel Rzayevanın (f-no) ifalarında Maestro Niyazinin əsərlərindən ibarət musiqi proqramı səslənmiş, muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunmuşdur.
Tədbir bərpa edilmiş “Maestro Niyazi”filminin nümayişi ilə davam etmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.