az | ru | en

17 fevral 2022
“Əbədi imzalar”


17 fevral 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Heydər Əliyev Fondu tərəfindən “Əbədi imzalar” layihəsi çərçivəsində nəşr olunmuş və muzeyə hədiyyə edilmiş görkəmli bəstəkar, pedaqoq, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin əsərlərindən ibarət notların təqdimatı keçirilmişdir.
Milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların təbliğ olunmasında Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfədir.
Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunda 6 bəstəkarın əsərlərinin yer aldığı 71 məcmuə dərc olunmuşdur. Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi - Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərlərinin notları yer almışdır.
“Əbədi imzalar” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayev Ev Muzeyinin müdiri, pianoçu Züleyxa Qarayeva-Bağırova giriş sözü ilə çıxış etmişlər. Daha sonra dirijor Orxan Həşimov və Əməkdar rəssam Vüqar Əli çıxış etmişlər.
Təqdimat proqramında pianoçu, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin ifasında Qara Qarayevin əsərlərindən ibarət musiqi proqramı səslənmiş, Əməkdar rəssam Vüqar Əlinin bəstəkarın Ömər Xəyyamın şeirlərinə yazdığı səs və fortepiano üçün “Altı rübai”nin (1944) təəssüratı altında işlədiyi 6 rəsm əsərinin ilk təqdimatı olmuşdur.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.