az | ru | en

11 fevral 2022


Azərbaycan musiqi mədəniyyətini təbliğ etmək məqsədilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti Şirkətinin əməkdaşları üçün Zoom proqramı vasitəsi ilə konsert-mühazirə keçirmişdir. Muzeyin direktor müavini Təranə Zeynalova Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, onun filialları, muzeyin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı (Bədii rəhbər – Xalq artisti Munis Şərifov) və xüsusilə çəng musiqi aləti haqqında məlumat vermişdir. Təranə Zeynalovanın çıxışı muzey eksponatlarını və onun filiallarını əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur. Mühazirənin sonunda Qədim Musiqi Alətləri Ansamblının (Bədii rəhbər – Xalq artisti Munis Şərifov) ifasında “Bayatı-Şiraz” rənginin və Əməkdar artist Fəzilə Rəhimovanın ifasında “Sarı gəlin” xalq mahnısının video görüntüsü təqdim edilmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.