az | ru | en

5 fevral 2022


Bu gün görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı QARA ƏBÜLFƏZ oğlu QARAYEVİN (05.02.1918 - 13.05.1982) anadan olmasının 104-cü ildönümüdür.
Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, muzeyin filialı olan Qara Qarayev Ev Muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva və muzeyin əməkdaşları səhər saatlarında bəstəkarın Fəxri Xiyabandakı məzarını ziyarət etmişlər.
Gün ərzində Qara Qarayevin Ev Muzeyi qonaqlı-qaralı olmuşdur.
Rauf Hacıyev adına 15 nömrəli 11 illik Musiqi Məktəbi və Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik Musiqi Məktəbinin müəllim və şagirdləri muzeyi ziyarət etmişlər. Qonaqlara görkəmli bəstəkarımız Qara Qarayevin həyat və yaradıcılıq yolu haqqında ətraflı məlumat verilmişdir. Daha sonra Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdləri Ayişə Nəzürmətova (violin), Xəzər Səfərli (f-no), Aytac Həsənzadə (fleyta), Sevinc İsmayılın (f-no) ifalarında Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı səslənmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.