az | ru | en

2 fevral 2022


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 5 yanvar 2022-ci il il tarixində Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalamışdır.
2 fevral 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Azərbaycanda “Şuşa İli”nə həsr olunmuş, “Musiqili Şuşa” rubrikasında “Hacıbəyovlar: Niyazi” tədbiri keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmış, muzeyin Musiqi Həvəskarları Klubunun pandemiya ilə əlaqədar ara verdiyi tədbirlərin bərpa olunması və gələcək silsilə tədbirlər haqqında məlumat vermişdir. Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov tədbir iştirakçılarını salamlamış və Maestro Niyazinin 110 illik yubileyi münasibətilə görüləcək işlər haqqında danışmışdır. Muzeyin şöbə müdiri Xanım Abdinova “Musiqili Şuşa. Hacıbəyovlar: Niyazi” mövzusunda çıxış etmişdir. Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında mövzuya uyğun hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
“2 Fevral - Azərbaycanda Gənclər Günüdür”. Bu münasibətlə tədbirin bədii hissəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru, Əməkdar artist Nərgiz Əliyeva (f-no), orkestrin solisti Beynəlxalq Müsabiqələr laureatı Rövşən Əmrahov (violin), Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti, Beynəlxalq Müsabiqələr laureatı Əsmər Kərimli (violonçel), Beynəlxalq və Respublika mükafatları laureatları olan Bakı Musiqi Akademiyasının tələbələri Fəridə Abbaszadə (violin), Nigar İbadullayeva (viola), Fərəh Musayeva (violin), Aydan Rüstəmzadə (violonçel), Maqsud Musazadə (f-no), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri, Beynəlxalq və Respublika mükafatları laureatları Tuncay Əşrəfli (tar), Rəvan Əfəndi (tar), Xədicə Hacılı (skripka) və konsertmeysterlər Rəna Zəkiyeva, İrina Mehdiyevanın ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.