az | ru | en

25 yanvar 2022


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Alla Bayramovaya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi-880” xatirə döş nişanı təqdim edilmişdir.
Məlumat üçün bildirirk ki, “Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində bir sıra işlər görülmüşdür:
- Muzeyin zəngin kolleksiyaları əsasında “Nizami və musiqi” sərgisi hazırlanmış, nümayiş olunmuşdur.
- Muzeyin təşkilatçılığı ilə “Nizami və musiqi” beynəlxalq onlayn konfrans keçirilmişdir (30 aprel 2021-ci il).
- Muzey konfransın materiallarını çap etdirmişdir. Nizami və musiqi. Məqalələr toplusu. Elmi redaktor A.H. Bayramova. Bakı: “Orxan” NPM. – 2021,– 304 s.
Həmçinin Alla Bayramova və Rauf Şeyxzamanlının həmmüəllifliyi ilə “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” kitabı yazılmışdır. Kitab AMEA-nın Gəncə bölməsinin Elm nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Bayramova A.H., Şeyxzamanlı R.A. Musiqi Nizami “Xəmsə” sinin səhifələrində. Gəncə, Elm nəşriyyatı. - 2021, - 162 s.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.