az | ru | en

2 dekabr 2021
MUZEYDƏ GÖRÜŞÜRÜK!
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, PREZİDENT MÜKAFATÇISI, H.B.ZƏRDABİ VƏ “QIZIL QƏLƏM” MEDİA MÜKAFATLARI LAUREATI, YAZIÇI-PUBLİSİST ŞÖVKƏT HÜSEYNOVA İLƏ GÖRÜŞ


2 dekabr 2021-ci il tarixində saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeydə görüşüruk” silsiləsindən filologiya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı, H.B.Zərdabi və “Qızıl Qələm” media mükafatları laureatı, yazıçı-publisist Şövkət Hüseynova ilə görüş keçirilmişdir.
Görüşdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Daha sonra söz filologiya elmləri doktoru Lalə Əlizadəyə verilmişdir.
Görüşdə professor-politoloq Rövşən Novruzoğlu, professor-şair Paşa Qəlbinur, yazıçı-publisist Elmira Həsənqızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Maya Qafarova, psixoloq Gülər Əhmədova, İqtisad Universitenin dosenti Tahirə Kərimova, “Gənclik” nəşriyyatının direktoru Adil Abdullayev, “Yurd” jurnalının Baş redaktoru, şair Balayar Sadiqin çıxış etmişdir.
Görüşdə Şövkət Hüseynovanın redaktoru olduğu Azərbaycanın Qədim Musiqi Alətlərinin tədqiqatçısı və bərpaçısı – görkəmli alim, Xalq artisti, professor Məcnun Kərimin xatirəsinə həsr olunmuş “Musiqinin Məcnunu” filmindən bir parça, Şövkət Hüseynovanın həyat və yaradıcılığı haqqında məlumat (vikipediya), videolar, sözlərinə yazılmış mahnılar nümayiş olunmuşdur.
Bədii hissədə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər - Xalq artisti Munis Şərifov) və solistlər: Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynovanın çıxış etmişlər, Folklor İnstitunun “Qorqud” ansamblının üzvü Həlimət Sultanın və sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraətçi Məleykə Alıqızının ifasında Şövkət Hüseynovanın sözlərinə yazılmış mənsur şeirlər səslənmişlər.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.