az | ru | en

29 oktyabr 2021


29 oktyabr 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli sərəncam imzalamışdır.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Daha sonra direktor müavini Təranə Zeynalova muzeyin zəngin kolleksiyaları əsasında Aşıq Ələsgərin 200 illiyi münasibətilə hazırlanmış sərgi haqqında məlumat vermişdir.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, “Dədə Ələsgər Ocağının” sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbasov çıxış etmişlər.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Aşıq Samirə Əliyeva, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Aşıq Altay Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Aşıq Fəzail Orucov (Miskinli), Azərbaycan Aşıqlar Birliyinin üzvü Əfsanə Kərimli, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının xoru, Elmir Tağıyev, Ramal Abdullayev, Rəvan Musalı, Vüsalə Quliyevanın ifalarında aşıq musiqisindən ibarət konsert proqramı təqdim olunmuşdur.







Rubrikalar








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.