az | ru | en

1 oktyabr 2021
1 OKTYABR - BEYNƏLXALQ MUSİQİ GÜNÜ


Beynəlxalq Musiqi Günü YUNESCO–nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Musiqi Şurası tərəfindən 1973-cü ildə Lozannada keçirilən BMŞ-nın Baş Assambleyasında təsis olunmuş və 1975-ci ildən başlayaraq hər il oktyabr ayının 1-də bütün dünyada qeyd olunur.
Beynəlxalq Musiqi günü hər il bütün dünyada böyük konsertlərlə qeyd olunur. Dünya musiqisinin ən gözəl əsərləri ifa olunur. Bəstəkarlarla, musiqi ifaçıları, musiqişünaslarla görüşlər təşkil olunur. Əsas məqsəd də insanların maariflənməsi, mənəvi dünyasının zənginləşməsidir. Bu bayram bütün musiqiçilərin, müğənnilərin, musiqişünasların, musiqi müəllimlərinin, tələbə və şagirdlərin və bütün musiqisevərlərin bayramıdır.
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Bakı Musiqi Akademiyası ilə birgə 1 Oktyabr– Beynəlxalq Musiqi Günü, Bakı Musiqi Akademiyasının 100 illiyi və Qara Qarayevin Ev Muzeyinin açılışının 3 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. O, tədbir iştirakçılarını Beynəlxalq Musiqi Günü ilə və bu günki konsertin rəhbəri, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Gülnarə Acalovanı BMA – nın 100 illiyi münasibətilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə təbrik etmişdir.
Qara Qarayev Ev Muzeyinin müdiri Züleyxa Bağırova- Qarayeva muzeyin yaradılmasında əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.
Daha sonra tədbir Gülnarə Acalovanın rəhbərliyi ilə təşkil olunmuş konsert proqramı ilə davam etmişdir. Gənclər mükafatçısı, Respublika və Beynəlxalq Müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mahir Tağızadə (vokal), Respublika və Beynəlxalq Müsabiqələr laureatları Zəhra Cahan Şıxəliyeva (f-no), Emin İsmayılov (vokal), Cəmalə Abdinzadə (f-no), Şükufə Rəsulova (violin), Fatimə Əliyeva (f-no), Orxan İbrahimov (klarnet), Əzizə Ağazadə (f-no), Orxan Cumayev (cello), Leyla Zeynalovanın (f-no) ifalarında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Cövdət Hacıyevin, Zakir Bağırovun, Rüzgar Əhmədzadənin əsərlərindən ibarət konsert proqramı səslənmişdir.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.