az | ru | en

27 sentyabr 2021
27 SENTYABR – AZƏRBAYCAN RESPUBLİKASINDA ANIM GÜNÜ


Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığı ilə nəticələndi.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Təəssüf ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
Torpaq, uğrunda ölən varsa, vətəndir!
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 27 sentyabr – Azərbaycan Respublikasında anım günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açmışdır. Vətən şəhidləri bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Azərbaycan Respublikasının himni səslənmişdir. Muzeyin şöbə müdiri Xanım Abdinova Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlıqları haqqında çıxış etmişdir.
Daha sonra şəhid musiqiçi Tamerlan Mahmudovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş edilmişdir. Tədbirdə onun təhsil aldığı Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, şəhidin ailə üzvləri adından xalası Esmira İsmayılova, döyüş yoldaşı, vaxtılə muzeyin əməkdaşı olmuş qazi Sübhan Xankişiyev onun haqqında xatirələrini bölüşmüşlər. Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri, Əməkdar incəsənət xadimi Əlibala Rzayev orkestrin tuba ifaçısı olmuş Tamerlan Mahmudov haqqında danışıb, onun orkestrlə birgə dəfələrlə ifa etdiyi əsərlərdən ibarət musiqi proqramı səslənmişdir.
Bu musiqi proqramı Qarabağın azadlığı uğrunda canlarından keçmiş bütün vətən şəhidlərinə həsr olunmuşdur.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.