az | ru | en

13 sentyabr 2021



Arnold Şönberq, tam adı Arnold Frants Valter Şönberq (Arnold Franz Walter Schoenberg, 13 sentyabr 1871-ci il Vyana, Avstriya – 13 iyul 1951-ci il Los-Anceles, ABŞ-da), atonallıq, məhz serializm və 12 tonlu sıradan istifadə etməklə musiqi kompozisiyasının yeni metodlarını yaratmış Avstriya-Amerika bəstəkarı. O, həmçinin XX əsrin ən nüfuzlu pedaqoqlardan biri olmuşdur; onun görkəmli şagirdləri sırasında Alban Berq və Anton Veberni göstərmək olar.
Arnold Şönberqin dodekafoniya texnikası SSRİ musiqi incəsənəti məkanına 60-cı illərin başlanğıcında yol açır. Bu müasir musiqi yazı üsulbunun ilk çarcılarıdan biri görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevdir. Qeyd etmək istərdik ki, Q.Qarayev yeni musiqi düşüncəsinə gətirən yol uzun, çoxsaylı döngə-dalanlardan ibarət olmuşdur. 1961-ci SSRİ mədəniyyət xadimlərinin bir qrupu ilə ABŞ-ın Los Angeles şəhərində keçirilən I Beynəlxalq Müasir Musiqi Festivalında iştirakı və başda İ.Stravinski olmaqla bir çox bəstəkarların yaradıcılığı ilə əyani tanışlığı Qarayevin yaradıcılığında yeni mərhələnin başlanmasını şərtləndirən əsas səbəblərdən biridir. Bəstəkar ilk növbədə dodekofoniya texnikasının nəzəri tərəflərini araşdırmış. Bunun üçün avstriyalı nəzəriyyəçi Qerbert Aymerin “12 tonlu texnika” (Herbert Eimert. Grundlangen der musikalischen Reihentechnik. Universitat Edition, Wien, 1964) və avstriyalı bəstəkar, pianoçu Ernest Kşenekin “12 tonlu texnika əsasında kontrapunkt çalışmalar” (Studies in Ñounterpoint Based on the Twelve-tone Technique. New York: G. Schirmer, 1940) adlı kitabını alman dilindən şəxsən tərcümə etmişdir. Daha sonra həmin texnikada bəstələnən müxtəlif əsərlərin təhlilini aparmışdır. Nəticədə 3 saylı simfoniya (1965) və Violin və orkestr üçün konsert (1967) ərsəyə gəlmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Alla Bayramova Moskvada Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan Q.Qarayev arxivində araşdırmalar apararaq müəyyən sənədlərin üzlərini çixardıb Bakıya gətirmişdir. Bundan başqa Muzeyimizin kolleksiyalarında Q.Qarayevin 12 tonlu texnikada yazdığı bir neçə əsərin və müxtəlif əsərlər üçün yazdığı seriyaların orijinal əlyazmaları saxlanılır.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.