az | ru | en

13 sentyabr 2021
ARİF MƏLİKOV
(13.09.1933-09.05.2019)


Bu gün görkəmli Azərbaycan bəstəkarı və rəssamı, SSRİ Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, akademik, professor ARİF MƏLİKOVUN doğum günüdür.
Arif Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir. Sənətkarın hər yeni əsəri həm Respublikamızda, həm də onun hüdüdlarından qat - qat uzaqlarda əks - səda tapır, maraqla qarşılanır.
Musiqinin ən müxtəlif janrlarında səmərəli və məhsuldar işləyən bəstəkar "Məhəbbət əfsanəsi", "İki nəfər", "İki qəlbin poeması" baletləri, "Vətən" və "Dünyanın səsi" kantataları, VII simfoniyası "Ləpələr" operettası, müxtəlif janrlı kamera - instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqisi ilə milli musiqi xəzinəmizi zənginləşdirmişdir.
Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı Arif Məlikov musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuşdur. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanmışdır. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir.
Arif Məlikov Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostu idi. Muzeyimiz mütəmadi olaraq keçirdiyi tədbirlərdə Arif Məlikov yaradıcılığına müraciət edir, əsərlərini konsert proqramlarına daxil edir, ölməz bəstəkarın xatirəsinə həsr olunmuş tədbirlər keçirir.
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarından görkəmli bəstəkar Arif Məlikova aid materialları Sizə təqdim edirik.







Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.