az | ru | en

19 avqust 2021
DÜNYA MUSİQİ TARİXİNDƏN
CORCE ENESKU – 140
(19.08.1881-04.05.1955)


Bu gün görkəmli rumın bəstəkarı, skripkaçı, dirijor, pedaqoq Corce Eneskunun 140 yaşı tamam oldu.
Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub. Parisdə J.Masne, Q.Fore, M.Marsikdən dərs almış və burada skripkada ifasına görə ilk mükafatını qazanmışdı.
Dirijor kimi ilk debütü 1923-cü ildə Nyu-Yorkda baş tutmuşdu. 1920-1930-cu illərdə Buxarestdə və Parisdə yaşayıb. 1946-cı ildən isə Avropada və ABŞ-da mahir skripkaçı və dirijor kimi konsertlərlə fəal çıxış etmişdir. Bəstəkar Eneskunun əsərləri arasında “Edip” operasını, 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir.
Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.
2006-cı il oktyabrın 11-də Bakıda, 8-ci mikrorayonda müasir rumın milli bəstəkarlıq məktəbinin banisi Corce Eneskunun abidəsinin təntənəli açılışı olmuşdur.
Muzeyin zəngin kolleksiyasından Corce Eneskuya aid bəzi materialları təqdim edirik.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.