az | ru | en

18 avqust 2021
NİYAZİ - 109


20 avqust 2021-ci il tarixində məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin 109 yaşı tamam olur.
Bununla əlaqədar olaraq həmin tarixdə saat 11:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin Mənzil Muzeyinin əməkdaşları və ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Niyazinin məzarını və Bakı şəhərindəki abidəsini ziyarət edəcəklər.
Saat 15:00-da isə muzeydə Heydər Əliyev Fondu tərəfindən “Əbədi imzalar” layihəsi çərçivəsində nəşr olunmuş görkəmli bəstəkar və dirijor Niyazinin əsərlərindən ibarət 7 məcmuə qonaqlara təqdim olunacaqdır.
Tədbirdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi çərçivəsində təşkil olunacaq konsertdə Nizami poeziyasından ilhamlanaraq Niyazi və görkəmli Azərbaycan bəstəkarlarının yazdıqları əsərlər səslənəcəkdir.
Həmçinin həmin gün muzeydə “Açıq qapı” günü elan olunacaq, gün ərzində ziyarətçilərə Niyazi haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş ediləcək.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.