az | ru | en

2 avqust 2021
NİYAZİNİN XATİRƏ GÜNÜ (20.08.1912-02.08.1984)


2 avqust 2021-ci il tarixində məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 37 il ötür.
Bununla əlaqədar olaraq həmin tarixdə saat 11:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin Mənzil Muzeyinin əməkdaşları, tanınmış musiqiçilər və ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Niyazinin məzarını və Bakı şəhərindəki abidəsini ziyarət etdilər.
Muzeydə “Açıq qapı” günündə Niyazi haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olundu. Muzeyə gələn ziyarətçilərə Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi.
Həmçinin saat 14:00-da “Qızıl qələm”, H.B.Zərdabi, “Dan ulduzu”, “Humay” mükafatları laureatı, Əməkdar Mədəniyyət işçisi, görkəmli publisist Fazil Rəhmanzadənin yeni işıq üzü görmüş “Ən böyük Niyazi, ondan böyük yox!..” kitabının təqdimatı keçirildi. Müəllif Niyazi haqqında xatirələrini danışdı.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.