az | ru | en

29 iyul 2021
Maestro Niyazinin (20.08.1912-02.08.1984) xatirə günü


2 avqust 2021-ci il tarixində məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 37 il ötür.
Bununla əlaqədar olaraq həmin tarixdə saat 11:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin Mənzil Muzeyinin əməkdaşları Fəxri xiyabanda Niyazinin məzarını ziyarət edəcəklər. Muzeydə “Açıq qapı” günü keçiriləcəkdir. Gün ərzində Niyazi haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunacaqdır.
Həmçinin, həmin gün saat 14:00-da “Qızıl qələm”, H.B.Zərdabi, “Dan ulduzu”, “Humay” mükafatları laureatı, Əməkdar Mədəniyyət işçisi, görkəmli publisist Fazil Rəhmanzadənin yeni işıq üzü görmüş “Ən böyük Niyazi, ondan böyük yox!..” kitabının təqdimatı keçiriləcəkdir.
Niyazi sevərləri muzeyimizi ziyarət etməyə dəvət edirik.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.