az | ru | en

24 iyun 2021
26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü


24 iyun 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü" münasibətilə tədbir keçirilmişdir.
Muzeyin ekspozisiya şöbəsinin müdiri Ülviyyə Şəmmədova “Sağlam gənclik naminə ağ ölümə yox deyək!” mövzusunda çıxış etdi və bu mübarizədə gənclərin muzeylərə cəlb olunmasının əhəmiyyətini xüsusi vurğuladı.
Muzeyin şöbə müdiri Xanım Abdinova vətəndaşlarımızın, xüsusilə də gənclərin əxlaqi və mənəvi tərbiyəsində, asudə vaxtlarının səmərəli təşkil olunmasında, onlarda sağlam düşüncə tərzinin formalaşmasında mədəniyyət ocaqlarının, marağa görə klubların, dərnəklərin əhəmiyyəti barədə çıxış etdi. Muzeyin əməkdaşı Orxan Məmmədov müasir gəncləri bəşəriyyətin bəlası olan narkomaniyadan uzaq durmağa, təhsil, maarifləndirici proqramlarla daha çox məşğul olmağa səsləmişdir.
Sonda Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilən "Həyatla oyun" tamaşasının videoyazısı nümayiş olundu.
Tədbirdə Bakı məktəblərinin şagirdləri iştirak etmişlər.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.