az | ru | en

22 iyun 2021
Şuşanın Bülbülü
(22.06.1897. Şuşa – 26.09.1961. Bakı)


22 iyun Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında əvəzsiz xidmətlər göstərmiş böyük sənətkar, Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, musiqi folkloru tədqiqatçısı, professor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Şuşa musiqi məktəbinin məşhur yetirməsi olan BÜLBÜLÜN (Murtuza Məşədi Rza oğlu Məmmədov) doğum günüdür.
Şuşanın otuz ilə yaxın işğalından sonra Bülbülün ilk doğum günüdür.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı, Azərbaycan musiqisinin beşiyi, Şərqin konservatoriyası olan Şuşa şəhərini işğalçılardan azad etmişdir.
İndi Bülbülün erməni işğalçıları tərəfindən dağıdılmış və qarət olunmuş Şuşadakı Ev muzeyində bərpa və quruculuq işləri aparılır. Bundan sonra ölməz sənətkarın doğum günləri yenə Bülbülün əsrarəngiz yurdunda, doğma vətənində - Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd olunacaqdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından sizə “BÜLBÜL” virtual sərgisini təqdim edirik.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.