az | ru | en

2 iyul 2021
“BÖYÜKLƏR DƏ UŞAQ OLUBLAR”


2 iyul 2021-ci il tarixində Tofiq Quliyev adına 12 nömrəli 11 illik Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim Gülnarə Səfərova və musiqi məktəbinin şagirdləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyini ziyarət etmişlər.
Qonaqlar görkəmli Azərbaycan bəstəkarı, pedaqoqu, SSRİ Xalq artisti, Dövlət Mükafatları laureatı, AMEA-nın akademiki Qara Qarayevin uşaqlıq və gənclik dövründə yaşadığı, təhsil aldığı mənzildə dahi sənətkarın uca zirvələrə aparan yaradıcılıq yolu ilə tanış olmuşlar. Qeyd edilmişdir ki, musiqidə ilk biliklərini anası Sona xanımdan alan balaca Qara ilk musiqi təhsilini isə Bakıda fəaliyyət göstərən uşaq musiqi məktəbində virtuoz pianoçu, Əməkdar incəsənət xadimi Vladimir Mixayloviç Kozlovun sinfində almışdır. Məktəbin şagirdlərinin Qara Qarayevin sonrakı təhsil illəri, həyat və yaradıcılıq yolu haqqında muzey eksponatlarının müşayiəti ilə aldıqları məlumatlar onlarda böyük təəssürat yaratmışdır. Bu təəssüratla da Tofiq Quliyev adına 12 nömrəli 11 illik Musiqi Məktəbinin gənc istedadları muzeydə konsert proqramı ilə çıxış etmişlər.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.