az | ru | en

14 iyun 2021
15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜ


14 iyun 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edərək Ümummili lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də diqqət və qayğısı haqqında ətraflı danışdı.
Sonra 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
Muzeyin şöbə müdiri Xanım Abdinova “15 iyun Milli Qurtuluş Günü” mövzusunda çıxış etdi.
Tədbir muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər və konsertmeyster ,Azərbaycanın Xalq artisti Munis Şərifov) konsert proqramı ilə davam etdi.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.