az | ru | en

10 iyun 2021
MUZEYDƏ GÖRÜŞÜRÜK!


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi yeni “MUZEYDƏ GÖRÜŞÜRÜK” silsiləsinə başlayır.
10 iyun 2021-ci il tarixində bu silsilədən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Beynəlxalq müsabiqə laureatı Səbinə Bəylərbəyovanın musiqili uşaqlar kursunun konserti, Azərbaycanın Əməkdar artisti, aktyor, şoumen və naşir Bəhram Bağırzadə ilə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Gənc nəslin və uşaqların mənəvi tərbiyəsində, muzeyə maraqlarının artmasında bu cür tədbirlərin böyük əhəmiyyəti olduğunu qeyd etmişdir.
Tədbirin birinci hissəsində Səbinə Bəylərbəyovanın kursunun şagirdləri konsert proqramı ilə çıxış edərək Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa etmişlər.
Sonra tanınmış Azərbaycan aktyoru, şoumen, naşir, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin gənc pərəstişkarları ilə görüşü olmuşdur. Alla Bayramova Bəhram Bağırzadəyə muzeyin çap məhsullarını hədiyyə etmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.