az | ru | en

6 iyun 2021
XURAMAN QASIMOVA


Bu gün Azərbaycanın opera müğənnisi, pedaqoq, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Şöhrət və Şərəf ordenlii Xuraman xanım Qasımovanın yubileyidir.
İyunun 5-də Xuraman Qasımova Prezident İlham Əliyevin sərəncamına əsasən
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muuzeyi Xuraman xanımı yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, səadət, yeni yaradıcılıq uğurları arzulayır.
Xuraman Qasımova 6 iyun 1951-ci ildə Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, Səlma (“Aldanmış ulduzlar”, M.Quliyev), Sevil və Dilbər (“Sevil”, F.Əmirov), Nigar (“Koroğlu”, Ü.Hacıbəyli), Mimi və Müzetta (“Bohema”, C.Puççini), Dezdemona, Aida (“Otello”, “Aida”, C.Verdi), Tatyana (“Yevgeni Onegin”, P.Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s. partiyaları ilə uğurla çıxış etmişdir.
Xuraman Qasımova İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır.
1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir. 1994-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professorudur. 1994-cü ildən İstanbul Dövlət Universiteti Konservatoriyasının professorudur. Onun bir çox tələbələri beynəlxalq müsabiqələrdə iştiraklar etmiş, diplom və laureat adlarıına layiq görülmüşlər.
Xuraman Qasımova “Mən ki, gözəl deyildim”, “Həyat bizi sınayır”, “Maestro Niyazi”, “Üzeyir ömrü” və s. bədii və sənədli filmlərə çəkilmişdir. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya, və s.) çıxış etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Sizə Xuraman Qasımovanın fotoşəkillərindən ibarət virtual sərgini təqdim edirik.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.