az | ru | en

1 iyun 2021
Uşaqların Beynəlxalq Müdafiəsi Günü


1 iyun 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Gənc musiqiçilər və qirayətçilər muzeydə” tədbiri keçirilmişdir. Tədbirdə Niyazi adına 22 ¹-li və G.G.Şaroyev adına 35 ¹-li onbirillik Uşaq Musiqi Məktəblərinin şagirdləri, “Günay” Uşaq Teatrının (bədii rəhbər L.Tarusova) üzvləri və muzey əməkdaşlarının övladları iştirak etmişlər.
Tədbirdən əvvəl uşaqlar üçün Maestro Niyazinin həyat və yaradıcılığı haqqında maraqlı ekskursiya aparılmış, uşaqları maraqlandıran suallara ətraflı cavab verilmiş, intelektual oyun keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək uşaqları bayram münasibətilə təbrik etmiş, “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” haqqlnda ətraflı məlumat vermişdir.
Tədbir “Günay” Uşaq Teatrının gənc istedadlarının teatrlaşdırılmış səhnələri ilə, Niyazi adına 22 ¹-li və G.G.Şaroyev adına 35 ¹-li onbirillik Uşaq Musiqi Məktəblərinin şagirdlərinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı ilə davam etmişdir.
Muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Musiqiçilər uşaqlıqda” slayd-şou nümayiş olunmuşdur.
Sonda muzeyin direktoru Alla Bayramova balaca fidanları uğurlu çıxışlarına görə təbrik etmiş və onlara muzeyin çap məmulatlarını hədiyyə etmişdir.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.